...

Tramp Baydenin oğlunu əfv etməyini sui-istifadə adlandırıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 2 Dekabr 2024 06:58 (UTC +04:00)
Tramp Baydenin oğlunu əfv etməyini sui-istifadə adlandırıb (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, Co Baydenin oğlu Hunteri əfv etmək qərarını "sui-istifadə" və "ədalətin pozulması" kimi qiymətləndirib.

Trend-in məlumatına görə, Tramp özünün Truth Social səhifəsində qeyd edib ki, Hunterə verilən əfv, 2021-ci ilin yanvarın 6-da Kapitoliyə basqın edənlərin əfv edilməsini də əhatə edibmi. O, bu hərəkəti ədalətsizlik və sui-istifadə olaraq qiymətləndirib.

Trampın dediklərinə görə, yanvarın 6-da Kapitoliyə basqın edənlər, "siyasi məhbus" olaraq ədalətsiz şəkildə mühakimə ediliblər. Tramp və tərəfdarları, bu şəxslərin həbsinin siyasi motivlərlə həyata keçirildiyini iddia edirlər.

xxx

05:46

ABŞ Prezidenti Co Bayden oğlu Hunter Baydeni iki məhkəmə işi üzrə əfv edib.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti prezidentin bazar günü yayılan bəyanatında məlumat verib.

"Bu gün mən oğlum Hunter üçün əfv imzaladım," – deyə sənəddə qeyd olunub.

NBC daha əvvəl mənbələrə istinadən əfv qərarının bazar günü axşam açıqlanacağını bildirmişdi.

Qeyd edək ki, Co Bayden daha əvvəl dəfələrlə oğlunu əfv etmək ehtimalını istisna etdiyini bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti