Bakı. Trend:
İsrail ordusu "HƏMAS" hərəkatının Qəzza zolağında hava hücumundan müdafiə qüvvələrinin rəhbəri Nidal Əl-Nəccarı .
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
"Əməliyyat zamanı "HƏMAS"ın Qəzza şəhərindəki hava bölməsinin rəisi və Qəzza zolağında "HƏMAS"ın hava hücumundan müdafiə bölməsinin komandiri Nidal Əl-Nəccar məhv edilib", - deyə qeyd olunub.
Bildirilib ki, Əl-Nəccar “müharibə boyu İsrail dövlətinə və Qəzzanın mərkəzində fəaliyyət göstərən İsrail Müdafiə Qüvvələrinə, o cümlədən partlayıcılarla dolu pilotsuz uçuş aparatlarınını vasitəsi ilə hücumların liderlərindən biri olub”.