Bakı. Trend:
Şimal Buzlu okeanında buzun olmayacağı tarixi 3 faiz ehtimalla proqnozlaşdırmaq olar. Bu, təxminən bir ildən sonra və ya bir neçə il ərzində baş verəcək. Lakin Arktikanın Yer üzündən tamamilə yox olacağını söyləmək olmaz.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Təbiət və insanlar” Fondunun iqlim üzrə eksperti Aleksey Kokorin bildirib.
Onun sözlərinə görə, Rusiyanın Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi üzrə Federal Xidmətinin iki il əvvəl dərc etdiyi iqlim dəyişikliyi ilə bağlı üçüncü qiymətləndirmə hesabatında bu ehtimal 2030-cu il üçün 5 faiz qiymətləndirilirdisə, artıq 2015-ci ildə cəmi 0,5 faiz olub.
"Arktikada yay dövrü maydan sentyabr ayına qədər davam edir", - o xatırladıb.