...

Qanada seçkilərdə səsvermə başa çatıb

Dünya xəbərləri Materials 8 Dekabr 2024 01:48 (UTC +04:00)
Qanada seçkilərdə səsvermə başa çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qana Respublikasında prezident və parlament seçkiləri üçün seçki məntəqələri yerli vaxtla saat 17:00-da bağlanıb.

Trend xəbər verir ki, bu barədə GhanaWeb portalı məlumat yayıb.

Prezidentlik uğrunda üçü qadın olmaqla 12 namizəd yarışır. Parlamentdəki 275 yer uğrunda isə əsas mübarizə hakim Yeni Vətənpərvərlər Partiyası (YPP) ilə müxalif Milli Demokratik Konqres (MDK) arasında gedir. Analitiklərin fikrincə, prezidentlik uğrunda əsas mübarizə 2012-2017-ci illərdə prezident olmuş Con Dramani Mahama (MDK) ilə hazırkı vitse-prezident Mahamudu Bavumia (YPP) arasında olacaq.

Seçkilərin təhlükəsizliyini təmin etmək məqsədilə Qana Daxili İşlər Nazirliyi sərhədlərin dekabrın 8-i saat 18:00-dək bağlanması barədə göstəriş verib. Eyni zamanda, strateji məntəqələrin qorunması üçün əlavə polis qüvvələri və silahlı qüvvələrin bölmələri cəlb edilib.

Səsvermənin ilkin nəticələrinin dekabrın 8-də, tam ilkin nəticələrin isə dekabrın 10-da açıqlanması gözlənilir.

Xəbər lenti

Xəbər lenti