Bakı. Trend:
Türkiyə Suriyanın milli birliyinə, suverenliyinə və ərazi bütövlüyünə çox böyük önəm verir.
Trend xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuata açıqlamasında bildirib.
Suriya xalqının öz ölkələrinin gələcəyini yenidən formalaşdıracağını bildirən Fidan deyib: “Türkiyə Suriyanın suverenliyinə və ərazi bütövlüyünə önəm verir. Ölkələrini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı artıq geriyə qayıda bilərlər. Suriyanın ərazi bütövlüyü qorunmalıdır. Biz Suriyada sülhün təmin olunması üçün əlimizdən gələni edəcəyik”.