...

İsrail Suriya Hərbi Dəniz Qüvvələrinin iki limanına hücum edib

Gündəm Materials 10 Dekabr 2024 23:01 (UTC +04:00)
İsrail Suriya Hərbi Dəniz Qüvvələrinin iki limanına hücum edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Hərbi Dəniq Qüvvələri Suriyanın iki limanında 15 Suriya döyüş gəmisinə hücum edib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun açıqlamasında bildirilib.

"İsrail Hərbi Dəniz Qüvvələrinin raket korvetləri Suriyaya məxsus 15 hərbi gəminin yerləşdiyi Əl-Beydə və Latakiya limanlarında eyni vaxtda Suriya Hərbi Dəniz Qüvvələrinin iki obyektinə hücum edib", - deyə qeyd olunub.

Bundan əlavə, son 48 saat ərzində “İsrailin Şimal Komandanlığının Atəş İdarəetmə Mərkəzi Suriyada silah anbarları, hərbi qurğular və raket buraxılış qurğuları da daxil olmaqla 130 hədəfə hava zərbələri endirib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti