...

Türkiyədən Yunanıstana kimyəvi məhsul ixracı artıb

Dünya xəbərləri Materials 12 Dekabr 2024 11:55 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən Yunanıstana kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 48,2 faiz artaraq, 588 milyon 69 min 62 dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə Yunanıstana 35 milyon 37 min 25 dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 39,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq, 28 milyard 147 milyon 342 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 2 milyard 535 milyon 204 min dollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 11,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 30 milyard 843 milyon 824 min dollar məbləğində kimyəvi məhsul ixrac edib.

Xəbər lenti

Xəbər lenti