...

Naməlum dronlar Nyu-Cersidən sonra Nyu-Yorkda peyda olub

Dünya xəbərləri Materials 13 Dekabr 2024 08:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nyu-Yorkun Bronks bölgəsində naməlum pilotsuz təyyarələr aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə cümə axşamı New York Post qəzeti məlumat yayıb.

Son həftələrdə Nyu-Cersi səmasında dəfələrlə sirli pilotsuz təyyarələr görüldükdən sonra, senator Con Bramniki orada fövqəladə vəziyyət elan etməyə çağırıb.

Dekabrın 12-də Nyu-Yorkda pilotsuz təyyarələrin aşkarlanması nəticəsində şəhər sakinləri təcili yardım xidmətlərinə zənglər ediblər. The New York Post polis mənbələrinə istinadən bildirir ki, lakin dronlar tezliklə "mistik şəkildə" yoxa çıxıb və onların buraxılış və eniş yerlərini müəyyən etmək mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti