Bakı. Trend:
ABŞ-nin Gürcüstandakı səfiri Kelli Deqnan və Gürcüstanın xalq müdafiəçisi (ombudsman) Levan İoseliani arasında görüş keçirilib.
Trend xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Gürcüstanda davam edən gərginlik, eləcə də, ABŞ və Qərb dövlətlərinin Gürcüstanın daxili işlərinə qarşıması məsələsi gündəmdə olub.
Ombudsman ABŞ və Qərb dövlətlərinin Gürcüstanın daxili işlərinə qarşımasından narahatlığını ifadə edib.