Bakı. Trend:
İran və Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq sənədi iki ölkənin münasibətlərinin inkişaf etdirilməsi istiqamətində bir çox məsələlər nəzərə alınaraq tənzimlənib.
Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran və Rusiya arasında ötən 3-4 il ərzində hərtərəfli strateji əməkdaşlıq sənədi üzərində müzakirələr aparılıb və yayda müzakirələr yekunlaşıb. Bu sənəddə bir çox sahələr, o cümlədən, iqtisadiyyat, müştərək investisiya, nəqliyyat, enerji, səhiyyə, kənd təsərrüfatı, quru, dəniz, hava vasitəsi ilə yükdaşıma, müştərək problemlərlə, mütəşəkkil terrorizmlə mübarizə, təbii fəlakətlərin mənfi nəticələrinin azaldılması sahələri yer alıb.
Bəqai deyib ki, 2000-ci illərin əvvəllərində İran və Rusiya arasında saziş imzalanıb. Saziş 2003-cü ildən icra olunmağa başlanılıb. Hazırda da hər iki tərəf bu sazişi icra etməkdədir.
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkianın 17 yanvarda Moskvaya səfər edəcək. Səfər çərçivəsində İran və Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq sənədinin imzalanacağı bildirilir.