Bakı. Trend:
ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi ukraynadan olan mühacirlərin müvəqqəti yaşamaq məqsədilə Birləşmiş Ştatlar ərazisinə daxil olmasına icazə verən proqrama məhdudiyyətlər qoyub.
Trend xəbər verir ki, bu haqda The New York Times (NYT) məlumat yayıb.
Ukraynalı mühacirlərin girişinə müvəqqəti qadağanın "Uniting for Ukraine" təşəbbüsünə aid olduğu deyilir. Proqrama əsasən ukraynalılar Birləşmiş Ştatlar ərazisində sponsorları olduğu təqdirdə ölkəyə sərbəst şəkildə daxil ola bilirdi.