Bakı. Trend:
İtaliya, ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) tətbiq etdiyi sanksiyalara qarşı qəbul edilən birgə bəyannaməyə qoşulmayıb.
Trend xəbər verir ki, BMT-yə üzv 79 dövlət ABŞ-ın ICC-yə qarşı sanksiyalarına etiraz olaraq bəyannamə imzalasa da, İtaliya bu sənədi dəstəkləməyib.
Bəyannamədə vurğulanır ki, sanksiyalar cəzasızlıq riskini artırır və beynəlxalq ədalət sisteminə təhdid yaradır.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen sosial
şəbəkə hesabında yazıb:
"Beynəlxalq Cinayət Məhkəməsi qlobal cinayətlərin cəzasız
qalmamasına zəmanət verir. Avropa həmişə beynəlxalq hüququ və
ədaləti müdafiə edəcək."
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta isə
bildirib:
"ICC-yə sanksiyalar tətbiq etmək onun müstəqilliyini sarsıdır və
beynəlxalq cinayət ədalət sistemini təhdid edir."
Bəyanat Sloveniya, Lüksemburq, Meksika, Syerra-Leone və Vanuatu tərəfindən irəli sürülüb və BMT-nin ABŞ-ni ICC-yə qarşı sanksiyaları ləğv etməyə çağırmasından sonra qəbul edilib.