Bakı. Trend:
Avropa İttifaqı (Aİ), ABŞ ilə münasibətlərində qarşıya çıxa biləcək çağırışlara hazır olduğunu bildirir və "artan qeyri-müəyyənlik şəraitində" konstruktiv dialoq qurmaq istəyir.
Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen, Litvada keçirilən mətbuat konfransında danışıb.
Ursula fon der Lyayen qeyd edib ki, “Köhnə müttəfiqimiz, Amerika Birləşmiş Ştatları, yeni bir gündəlik müəyyən edib. Avropa artan qeyri-müəyyənlik şəraitində ABŞ ilə möhkəm, lakin konstruktiv dialoqa hazırdır. Biz potensial çağırışları dərk edirik, ancaq buna hazırıq.”
Həmçinin, AK sədri vurğulayıb ki, "Avropa öz qlobal öhdəliklərinə və tərəfdaşlıqlarına sadiq qalır".