Bakı. Trend:
ABŞ-nin Skottsdeyl hava limanında iki biznes təyyarəsinin toqquşması nəticəsində ən azı bir nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə "ABC" televiziya şirkətinin yerli bölməsi xəbər verib.
Məlumata əsasən, şəxsi təyyarə uçuş-enmə zolağından çıxaraq park edilmiş eyni sinifdən olan təyyarəyə çırpılıb.
Ölən şəxs təyyarələrdən birində dörd nəfərlə birlikdə olub. Onlar xəsarət alıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.