Bakı. Trend:
Səkkiz Avropa ölkəsinin liderlərinin, həmçinin Aİ və NATO rəsmilərinin Parisdə Ukrayna münaqişəsinə dair keçirdiyi görüş birgə bəyanat olmadan başa çatıb.
Trend BFMTV-yə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Yelisey sarayında baş tutan üç saatlıq danışıqlarda tərəflər arasında Ukraynaya hərbi kontingent göndərilməsi məsələsində fikir ayrılıqlarının olduğu bildirilir.
Makron bu qeyri-rəsmi görüşə Almaniya, İtaliya, Polşa, İspaniya, Niderland, Danimarka və Böyük Britaniya liderlərini dəvət edib. Danışıqlarda Ukraynaya verilə biləcək təhlükəsizlik zəmanətləri müzakirə olunub.