Bakı. Trend:
Almaniya kansleri Olaf Şolts mühafizəkar XDİ/XSİ blokundan kanslerliyə namizəd olan Fridrix Mersi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.
Trend-in məlumatına görə, bu barədə "Bild" qəzeti xəbər verib.
"Seçkilərin nəticələrinə görə sizi təbrik edirəm", - deyə O.Şolts bildirib. Eyni zamanda, Şolts seçkilərdə təxminən 16 faiz səs toplayan Sosial Demokrat Partiyasının nəticəsini “məğlubiyyət” adlandırıb.
F.Mers, həmçinin XDİ/XSİ blokunun qələbəsini elan etdi. “Biz 2025-ci il federal seçkilərində qalib gəldik”, o, XDİ-nin Berlindəki ofisində çıxışı zamanı deyib. O bildirib ki, indi tez bir zamanda koalisiya hökuməti qurmaq lazımdır.