Bakı. Trend:
Fevralın 23-də Almaniyada keçirilən növbədənkənar Bundestaq (parlament) seçkilərində Xristian Demokrat və Xristian Sosial İttifaqları (XDİ/XSİ) bloku 28,6 faiz səs toplayaraq qalib gəlib.
Trend-in məlumatına görə, bu barədə Federal Seçki Komissiyası xəbər verib.
"Almaniya üçün Alternativ" partiyası 2021-ci il seçkiləri ilə müqayisədə səs payını iki dəfə artıraraq 20,8 faiz alaraq tarixində ilk dəfə ikinci oldu. Üçüncü yerdə kansler Olaf Şoltsun Almaniya Sosial Demokrat Partiyası qərarlaşıb. Onu seçicilərin 16,4 faizi dəstəkləyib. Bu, Sosial Demokratlar üçün partiyanın tarixində ən pis nəticədir.
Daha sonra "Yaşıllar" partiyası və Sol Partiyası gəlir. Onlar müvafiq olaraq 11,6 faiz və 8,8 faiz səs toplayıblar.