...

Maskın Kanada vətəndaşlığı ləğv oluna bilər

Dünya xəbərləri Materials 24 Fevral 2025 19:10 (UTC +04:00)
Maskın Kanada vətəndaşlığı ləğv oluna bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanadada 150 mindən çox sakin ABŞ-nin Hökumət Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri, milyarder İlon Maskın Kanada vətəndaşlığının ləğv edilməsinə dair petisiyanı imzalayıb.

Trend xəbər verir ki, bu haqda “The Guardian” yazır.

Kanadalı yazıçı Kvalia Ridin təşəbbüsü ilə başladılan petisiyanın Kanada parlamentinin Ümumilər Palatasına təqdim olunacağı bildirilir.

Ridin fevralın 20-də başlatdığı petisiyada Kanadanın suverenliyinə qarşı bəyanatlar vermiş ABŞ prezidenti Donald Trampın “yaxın köməkçisi” olaraq Maskın “Kanadanın milli maraqlarına zidd olan hərəkətlər etməsi” pislənilir

Xatırladaq ki, Ağ Ev rəhbəri bir müddət əvvəl Kanada məhsullarına kəskin gömrük rüsumları tətbiq edəcəyi və lazım gəlsə, Kanadanı ABŞ-nin tərkibinə ilhaq edəcəyi ilə bağlı təhdidlər səsləndirmişdi.

Petisiyaya əsasən, Maskın Trampa yaxınlığı avtomatik olaraq onu “Kanadanın suverenliyini silməyə cəhd edən xarici hökumətin üzvünə çevirir”.

Qeyd edək ki, Cənubi Afrikada doğulmuş, “Tesla”, “SpaceX”, “X” kimi iri şirkətlərin sahibi olan İlon Mask ABŞ vətəndaşlığı ilə yanaşı, ana xətti ilə (anası Saskatçevan bölgəsindəndir) Kanada pasportuna sahibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti