Bakı. Trend:
Qırğızıstan parlamentinin altı komitəsi Qırğızıstan-Tacikistan sərhədi haqqında müqaviləni təsdiq edib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat xidməti bəyanat yayıb.
Bəyanata əsasən, Qırğızıstan parlamentinin beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqyasiya üzrə komitəsi, yanacaq-enerji kompleksi, təbii sərvətlərdən istifadə və sənaye siyasəti komitəsi, aqrar siyasət, su resursları, ekologiya və regional inkişaf komitəsi, asayışın qorunması, cinayətlə mübarizə və korrupsiyaya qarşı mübarizə komitəsi və digər komitələrin səsverməsinə qoyulub və təsdiqlənib.
Qurumdan həmçinin bildirilir ki, komitələr iki ölkə arasında imzalanmış avtomobil yollarının tikintisi və istifadəsi ilə bağlı sazişin layihəsini və su təsərrüfatı və enerji obyektlərinə çıxışın təmin olunması üzrə sazişin layihəsini nəzərdən keçirib.
Qeyd edək ki, bundan bir müddət əvvəl Tacikistan və Qırğızıstan sərhədlərin delimitasiyası ilə bağlı saziş imzalamışdı.