...

Böyük Britaniya müdafiə texnologiyalarını sürətləndirmək üçün innovasiya mərkəzi yaradır

Dünya xəbərləri Materials 1 Mart 2025 08:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya hökuməti müdafiə sənayesi ilə əməkdaşlığı genişləndirmək və hərbi texnologiyaların tədarükünü sürətləndirmək məqsədilə yeni innovasiya mərkəzi yaradacağını elan edib.

Trend “Reuters”a istinadən xəbər verir ki, bu addım, ölkənin müdafiə sektorunda islahatları həyata keçirmək və iqtisadi artımı stimullaşdırmaq strategiyasının bir hissəsidir.

Qərar, Baş Nazir Kir Starmerin müdafiə xərclərinin 2027-ci ilə qədər ÜDM-in 2,5 faizinə, 2029-cu ildən isə 3 faizinə çatdırılması planını açıqlamasından qısa müddət sonra verilib.

Maliyyə naziri Reyçel Rivz məsələ ilə bağlı bildirib ki, “dünyada mövcud vəziyyətdə milli təhlükəsizlik və iqtisadi inkişaf bir-biri ilə sıx bağlı olacaq.”

Qeyd edək ki, 2023-cü ilin iyul ayında iqtisadi artımı təşviq etmək vədi ilə hakimiyyətə gələn Leyboristlər hökuməti müdafiə sənayesini ixtisaslı iş yerlərinin əsas mənbəyi kimi görür. Yeni innovasiya mərkəzinin rəsmi açılışı martın 26-da keçiriləcək və burada minlərlə yeni iş yerinin açılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti