...

Almaniyada miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı razılıq əldə olunub

Dünya xəbərləri Materials 8 Mart 2025 23:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xristian Demokrat İttifaqı və Xristian Sosial Birlik bloku (XDİ/XSİ) ilə Almaniya Sosial Demokrat Partiyası (SPD) ölkənin miqrasiya siyasətini sərtləşdirmək barədə razılığa gəliblər.

Trend xəbər verir ki, bu barədə XDİ-nin rəhbəri Fridrix Merz YouTube kanalı Phoenix tərəfindən yayımlanan mətbuat konfransında açıqlama verib.

Merzin sözlərinə görə, tərəfdaşlar qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün hüquqi sənədlərin sayını artırmağı və sərhəd nəzarətini gücləndirməyi planlaşdırırlar. XDİ/XSİ həmçinin Əfqanıstan da daxil olmaqla, qaçqınların könüllü qəbulu proqramlarını məhdudlaşdırmaq və polis səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir.

Bundan əlavə, bəzi miqrantlara ailələrini Almaniyaya gətirmək qadağan ediləcək.

Xəbər lenti

Xəbər lenti