...

İtaliyada daşqınlar: 248 nəfər təxliyə olunub

Dünya xəbərləri Materials 15 Mart 2025 16:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın mərkəzi regionlarında hökm sürən əlverişsiz hava şəraiti fəsadlar törətməkdə davam edir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, iki gündür yağan leysan yağışları Toskana regionunda çayların səviyyəsinin yüksəlməsinə səbəb olub.

Məlumata görə, Florensiyada Arno çayında suyun səviyyəsi pik həddə çatıb. Piza və Florensiya şəhərlərində muzeylər, kinoteatrlar və mağazalar bağlanıb. Arno və Sieve çaylarının məcrasından çıxması nəticəsində evləri, küçələri, iş yerlərini su basıb. Torpaq sürüşməsi riski səbəbindən Empoli və Pizada körpülər bağlanıb. Livorno və Pizada 8 bələdiyyədə, ümumilikdə, 248 nəfər təxliyə edilib və 1267 evin elektrik enerjisi kəsilib. Daşqın infrastruktura ciddi ziyan vurub.

Toskanada regionunda, o cümlədə Florensiya, Prato, Pistoia və Piza əyalətləri üçün qırmızı xəbərdarlıq elan edilib. Daşqın və torpaq sürüşməsi riski ilə bağlı əhaliyə xəbərdarlıq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti