...

Roma Papasının vəziyyəti yaxşılaşmağa davam edir

Dünya xəbərləri Materials 20 Mart 2025 00:21 (UTC +04:00)
Roma Papasının vəziyyəti yaxşılaşmağa davam edir

Bakı. Trend:

Fevralın 14-dən sətəlcəmdən müalicə olunan Papa Fransiskin vəziyyəti yaxşılaşmağa davam edir.

Trend-in məlumatına görə, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti bildirib.

Məlumata əsasən, gecə saatlarında ona maska ​​vasitəsilə süni ventilyasiya verilməsi dayandırılıb.

"Kritik olaraq xarakterizə edilən Papanın vəziyyəti yaxşılaşmağa davam edir. Tənəffüs və hərəkət fizioterapiyası öz bəhrəsini verir", - deyə 88 yaşlı pontifiki müalicə edən həkimlər bildiriblər.

Onun mümkün evə buraxılma vaxtı barədə məlumat verilməyib. Amma onun işə başladığı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti