Bakı. Trend:
Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində kimya zavodunda partlayış və yanğın baş verib.
Trend xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, partlayış və yanğından sonra bir nəfər ölüb, dörd
nəfər isə ağır yaralanıb. Yanğın söndürülüb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.