Bakı. Trend:
Mayın 18-də səhər saatlarında Almaniyanın mərkəzində Bielefeld şəhərində bir kişi barın qarşısında ən azı beş nəfəri bıçaqlayıb.
Trend-in məlumatına görə, bu barədə "Bild" nəşri polisə istinadən xəbər verib.
Məlumata əsasən, üç nəfər ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. "Tagesschau" xəbərlər xidməti polisə istinadən xəbər verir ki, bir nəfər ölüm təhlükəsi altındadır, dörd nəfərin vəziyyəti ağırdır.
Hadisəni törətdiyi iddia edilən şəxs 35 yaşlı Suriya vətəndaşıdır və hazırda axtarışdadır. İstintaq orqanlarının məlumatına görə, o, 2023-cü ilin avqust ayından Almaniyadadır və müvəqqəti yaşamaq icazəsi əldə edib.