Bakı. Trend:
Venesuela Prezidenti Nikolas Maduro bazar günü keçirilən parlament və regional seçkilərdə respublikanın birinci xanımı Siliya Flores ilə birlikdə Karakasda səs verib.
Trend xəbər verir ki, bunu Nikolas Maduro “Venezolana de Televisión” telekanalına açıqlamasında bildirib.
“Kim seçilirsə seçilsin, hansı partiyadan olursa olsun, ona birgə işləmək üçün əl uzadıram”, – deyə Maduro “Venezolana de Televisión” telekanalının efirində bildirib.
Dövlət başçısı qeyd edib ki, xalqın seçkiyə qatılması sülhə səs vermək deməkdir və seçki günü insidentsiz keçib: “Biz seçki mərkəzlərini partlatmaq niyyətində olan qəddar faşistləri yenidən məğlub etdik və seçki məntəqələrinin mühafizəsini gücləndirməli olduq”.
Prezident əlavə edib ki, seçki prosesini 54 ölkədən 70 beynəlxalq müşahidəçi izləyir.