...

Cənubi Karolinada atışma nəticəsində ən azı 11 yaralı

Dünya xəbərləri Materials 26 May 2025 08:18 (UTC +04:00)
Cənubi Karolinada atışma nəticəsində ən azı 11 yaralı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Karolina ştatının Littl-Rayver yaşayış məntəqəsində bazar günü yerli vaxtla saat 21:30 radələrində atışma baş verib.

Trend xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Atışma nəticəsində ən azı 11 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri və zərərçəkənlərin vəziyyəti barədə hələlik əlavə məlumat verilməyib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti