...

Avropa Komissiyası sığınacaq axtaranların üçüncü ölkələrə qayıtmasını asanlaşdırmaq istəyir

Dünya xəbərləri Materials 26 May 2025 08:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası təhlükəsiz hesab edilən üçüncü ölkələrə sığınacaq axtaranların deportasiyasını sadələşdirən yeni təklif irəli sürüb.

Trend xəbər verir ki, yeni qaydaya əsasən, miqrantın həmin ölkə ilə şəxsi əlaqəsi olması artıq tələb olunmayacaq — kifayət edir ki, o, Aİ-yə gələrkən həmin ölkədən keçsin. Bu, üçüncü ölkələrlə sığınacaq prosedurlarının həyata keçirilməsi üzrə sazişlərin bağlanmasına şərait yaradacaq.

Lakin yetkinlik yaşına çatmayan vətəndaşların müşayiətsiz deportasiyası qadağandır.

İsveçin miqrasiya naziri Yohan Forssell bu təşəbbüsü davamlı və ədalətli miqrasiya siyasəti, eləcə də Avropaya miqrasiya axınının azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirib.

Yeni model Böyük Britaniyanın Ruanda ilə imzaladığı razılaşmaya bənzəyir və oxşar ideyalar Danimarkada da müzakirə mövzusudur.

Avropa Komissiyası qeyd edir ki, belə razılaşmalar Avropa İttifaqının insan hüquqları standartlarına tam uyğun olmalıdır.

Xəbər lenti

Xəbər lenti