Bakı. Trend:
ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində silahlı insident yaşanıb.
Trend ABŞ KİV-ə istinadən xəbər verir ki, Fermont mərkəzi bankında qeydə alınan atışmada azı 2 nəfər həlak olub, səkkiz nəfər yaralanıb.
Yerli polisin verdiyi məlumata əsasən, zərərçəkənlər arasında azı 2 yetkinlik yaşına çatmamış şəxs var. Ölənlərin dəqiq yaşları, cinayətin səbəbi və digər təfərrüatla bağlı hələlik açıqlama verilmir.
Atışmanın parkda ABŞ-nin müxtəlif müharibələrində həlak olmuş hərbçilərinin xatirəsinin anıldığı gündə baş verdiyi qeyd olunur.