...

Kaliforniya qubernatoru Trampı məhkəməyə verəcəyini bildirib

Dünya xəbərləri Materials 9 İyun 2025 18:30 (UTC +04:00)
Kaliforniya qubernatoru Trampı məhkəməyə verəcəyini bildirib

Bakı. Trend:

Kaliforniya qubernatoru Qevin Nyusom etirazları yatırtmaq üçün Los-Ancelesə Milli Qvardiya qoşunlarının yerləşdirilməsi əmrinə görə ABŞ prezidenti Donald Trampı məhkəməyə verəcək.

Trend-in məlumatına görə, bu barədə Q.Nyusom "X" sosial şəbəkəsində yazıb.

"O, yanğınları başladıb və qanunsuz olaraq Milli Qvardiyanın federallaşdırılması haqqında qərar verib. Onun imzaladığı sərəncam yalnız Kaliforniyaya aid deyil. Biz onu məhkəməyə veririk", - deyə o bildirib.

Ağ Ev isə öz növbəsində Kaliforniya qubernatorunun D.Trampın qeyri-qanuni miqrantları həbs etməklə ştatda böhrana səbəb olması barədə açıqlamalarını rədd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti