Bakı. Trend:
Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyəti üç əsas faiz dərəcəsini əvvəlki səviyyədə saxlamaq qərarına gəlib.
Trend xəbər verir ki, bu barədə Aİ maliyyə tənzimləyicisinin yaydığı məlumatda bildirilir.
İdarə Heyətinin iclasından sonra yayımlanan açıqlamaya əsasən, əsas faiz dərəcəsi illik 2,15% səviyyəsində saxlanılıb.
Depozitlər üzrə faiz dərəcəsi 2%, AMB-nin qısamüddətli kreditləri üzrə isə 2,4% təşkil edir.