Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiyaya səfər üçün yola düşüb.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib.
O qeyd edib ki, bir gün əvvəl Uitkoff Floridada Ukrayna nümayəndə heyəti ilə danışıqlar aparıb.
"Əlbəttə ki, xüsusi elçi Uitkoff hazırda Rusiyaya yola düşüb", - deyə o bildirib.