...

Aİ liderləri və Zelenski Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş əldə ediblər

Dünya xəbərləri Materials 2 Dekabr 2025 03:04 (UTC +04:00)
Aİ liderləri və Zelenski Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş əldə ediblər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) liderləri və Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli planını müzakirə etməkdə irəliləyiş əldə ediblər.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen "X" sosial şəbəkəsində yazıb.

"Bu gün [Fransa Prezidenti Emmanuel] Makron və digər Avropa liderləri ilə görüşən Vladimir Zelenski ilə yaxşı müzakirə aparılıb. Yaxşı irəliləyiş əldə etmişik və təkliflərimizi bu həftə təqdim etməyi planlaşdırırıq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti