Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmer Çini Böyük Britaniyanın milli təhlükəsizliyinə təhdid adlandırsa da, Pekinlə əməkdaşlığı müdafiə edib.
Trend-in məlumatına görə, bu barədə Baş nazir hər il London Sitisində təşkil edilən ənənəvi ziyafətdə deyib.
"Bəli, bu, Birləşmiş Krallığın milli təhlükəsizliyinə real təhdid yaradan bir ölkədir", - deyə o bildirib.
Eyni zamanda, K.Starmer Londonun Pekinlə güclü münasibətlərinin olmamasını tənqid edib.
"Ciddi yanaşmağın vaxtıdır, "Qızıl dövr" və ya "Buz dövrü" kimi sadə ikili seçimi rədd etməli və özünüzü qoruyarkən ölkə ilə işləməyin və ticarət etməyin mümkün olduğu açıq-aydın həqiqətini qəbul etməliyik", - deyə Baş nazir əlavə edib.