Bakı. Trend:
Avropa İttifaqı "hibrid hücumlar"la əlaqədar olaraq Belarusa qarşı əlavə məhdudlaşdırıcı tədbirlər hazırlayır.
Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyası rəhbəri Ursual fon der Lyayen "X" sosial şəbəkəsində yazıb.
"Biz sanksiyalar rejimi çərçivəsində yeni tədbirlər hazırlayırıq", - deyə o bildirib.
O qeyd edib ki, Belarusla sərhəddəki vəziyyət "Litva hava məkanına qaçaqmalçılıq şarlarının getdikcə daha çox daxil olması" fonunda pisləşir.
Onun sözlərinə görə, Belarusdan gələn bu cür "hibrid hücumlar" "tamamilə qəbuledilməzdir".