Bakı. Trend:
“Opta” superkompüteri 2026-cı ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatının əsas favoritini elan edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Onun versiyasına görə, dünya birinciliyində çempionluğa əsas namizəd İspaniyadır (17 faiz ehtimalla). İkinci yerdə Fransa (14,1 faiz) yer alır, ilk üçlüyü İngiltərə millisi (11,8 faiz) tamamlayır.
Hazırkı dünya çempionu Argentina yığmasının isə superkompüterə görə, çempionluq şansları 8,7 faizdir və dördüncü yerdə gəlir.
Bundan başqa, top-onluğa Almaniya, Portuqaliya, Braziliya, Niderland, Norveç və Kolumbiya kimi komandalar da düşüb.
