...

Airbus A320 təyyarələrində yoxlama aparılacaq

Dünya xəbərləri Materials 3 Dekabr 2025 06:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın təyyarə istehsalçısı Airbus metal gövdə panellərində aşkar edilmiş keyfiyyət problemləri səbəbindən A320 ailəsinə aid 628 təyyarənin yoxlanıla biləcəyini açıqlayıb.

Trend xəbər verir ki, məlumatı “Agence France-Presse” yayıb.

Şirkət bildirib ki, A320 ailəsinin ən populyar təyyarələrindən bəzilərində metal gövdə panelləri ilə bağlı keyfiyyət problemləri mövcuddur.

“Airbus bazar ertəsi günü bildirilən metal panellərdəki keyfiyyət problemləri səbəbindən 628-ə qədər A320 təyyarəsinin yoxlanıla biləcəyini açıqlayıb. Bu, bütün təyyarələrin eyni problemlə üzləşəcəyi demək deyil”, – məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti