...

Moqerini korrupsiya qalmaqalına görə istefa verib

Dünya xəbərləri Materials 4 Dekabr 2025 16:48 (UTC +04:00)
Moqerini korrupsiya qalmaqalına görə istefa verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Korrupsiya işi ilə bağlı bir neçə gün əvvəl saxlanılmış Avropa İttifaqının xarici siyasət üzrə sabiq ali nümayəndəsi Federika Moqerini tutduğu vəzifədən - Avropa Kollecinin rektoru postundan istefa verib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bundan əvvəl Avropa Komissiyasının Yaxın Şərq, Afrika və İran körfəzi regionları üzrə Baş direktorluğun rəhbəri Stefano Sannino öz istəyilə tutduğu vəzifədən getdiyini bəyan etmişdi.

O, korrupsiya işi üzrə ikinci ittiham olunan şəxsdir. İttihamlar onun Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi vəzifəsində çalışdığı dövrə aiddir. Həmin vaxt o, Federika Moqerininin, daha sonra isə onun varisi Jozep Borrelin müavini idi.

Qeyd edək ki, Moqqerini Aİ-nin diplomatik xidməti tərəfindən Avropa Kollecinə (Avropa İttifaqının Diplomatik Akademiyasına ) doqquz aylıq tədris proqramına tələbə qəbulu prosesində qərəzli, ədalətsiz yanaşmada və rəqabət qaydalarını pozmaqda şübhəli bilinir.

Mübahisələndirilən faktlar 2021–2022-ci illəri əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti