...

Avstraliya GMLRS raketlərinin yerli istehsalına başlayacaq

Dünya xəbərləri Materials 5 Dekabr 2025 09:01 (UTC +04:00)
Avstraliya GMLRS raketlərinin yerli istehsalına başlayacaq

Bakı. Trend:

Avstraliyanın cənub hissəsində yerləşənə yeni müəssisədə İdarə Olunan Yaylım Atəş Raket Sistemlərinin (GMLRS) istehsalına başlanılacaq.

Trend-in məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Riçard Marlz deyib.

Nazir bildirib ki, "Lockheed Martin Australia" şirkəti tərəfindən Port-Ueykfild şəhərində inşa edilən zavod 2025-ci ilin sonuna qədər fəaliyyətə başlayacaq. Onun müəssisələri Avstraliya Ordusu üçün GMLRS sursatları istehsal ediləcək.

"Layihə ölkənin silahlı qüvvələri üçün uzun mənzilli zərbə sistemlərinin alınması və istehsalına 21 milyard Avstraliya dollarından [təxminən 14 milyard dollar] çox pul ayıran [Avstraliya Baş naziri Entoni] Alban hökumətinin səylərinin bir hissəsi olub", - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti