...

BMT Venesuela ilə ABŞ arasında dialoqun təşviqi üçün daha çox iş görməlidir - Qrossi

Dünya xəbərləri Materials 23 Dekabr 2025 06:54 (UTC +04:00)
BMT Venesuela ilə ABŞ arasında dialoqun təşviqi üçün daha çox iş görməlidir - Qrossi

Bakı. Trend:

BMT Venesuela ilə ABŞ arasında dialoqu asanlaşdırmaq üçün kifayət qədər iş görmür, daha fəal töhfəyə ehtiyac var.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Baş katibi vəzifəsinə Argentina tərəfindən namizəd göstərilən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib.

"BMT-nin təmin edə bilmədiyi bir dialoqa ehtiyac var. Buna görə də, bu dialoqu asanlaşdıra biləcək yeni BMT rəhbərliyi vacibdir", - deyə o, Buenos-Ayresdə BMT-nin Baş katibi vəzifəsinə namizədliyini təqdim etdikdən sonra jurnalistlərə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti