Bakı. Trend:
ABŞ-nin Yuta ştatının Solt Leyk Siti şəhərində baş verən atışma nəticəsində ən azı iki nəfər ölüb, altı nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "ABC4" televiziya kanalı xəbər verib.
İlkin məlumata əsasən, silahlı atışma yanvarın 7-si axşam saatlarında "Sonuncu Gün Müqəddəsləri İsa Məsih Kilsəsi" Amerika dini birliyinin iclas evinin ərazisində başlayıb. Mərasim zamanı münaqişə yaranıb və bundan sonra atışma başlayıb.
Polis hələki şübhəli şəxsi saxlaya bilməyib.