...

İspaniya hökuməti yüz minlərlə miqranta qanuni status verməyi planlaşdırır

Dünya xəbərləri Materials 28 Yanvar 2026 01:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya hökuməti ölkədə icazəsiz işləyən və ya qalan yüz minlərlə miqranta qanuni status verilməsi niyyətini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə "Associated Press" (AP) Sosial İşlər və Miqrasiya naziri Elma Saisə istinadən məlumat yayıb.

Nazir təşəbbüsü şərh edərkən jurnalistlərə “Bu gün tarixi bir gündür” deyə bildirib.

Onun sözlərinə görə, müvafiq fərmanın qüvvəyə minməsi planlaşdırılan aprel ayından etibarən immiqrantlar leqallaşdırma üçün müraciət etməyə başlaya biləcəklər. Qanuni status 31 dekabr 2025-ci il tarixinədək İspaniyaya gələn, ölkədə ən azı beş ay yaşayan və cinayət qeydi olmayan şəxslərə şamil olunacaq.

Müxtəlif hesablamalara əsasən, İspaniya hökumətinin bu planından 500 minlə 800 min arasında miqrant yararlana bilər. Onların əksəriyyətinin Latın Amerikası və Afrika ölkələrindən olduğu, əsasən kənd təsərrüfatı, turizm və xidmət sektorlarında çalışdığı bildirilir.

Xəbər lenti

Xəbər lenti