Bakı. Trend:
ABŞ-nin “Amazon.com Inc.” şirkəti “Amazon Fresh” ərzaq dükanlarını və addım məsafəsində avtomatlaşdırılmış “Amazon Go” mağazalarını bağlayacağını açıqlayıb.
Trend xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.
Məlumata görə, “Amazon” diqqətini ərzaq məhsullarının onlayn sifarişlə çatdırılmasına və təbii məhsullara yönəlmiş daha premium “Whole Foods Market” şəbəkəsinin genişləndirilməsinə yönəldəcək. Bağlanan bəzi mağazalar şirkətin digər ticarət obyektlərinə çevriləcək.
Şirkət yaxın illərdə 100-dən çox yeni “Whole Foods” mağazası açmağı planlaşdırır. Qeyd edək ki, “Amazon” bu şəbəkəni 2017-ci ildə təxminən 13,5 milyard dollara satın alıb.
