Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Suriya Prezidenti Əhməd əl-Şaraa ilə telefon danışığı apardığını açıqlayıb.
Trend xəbər verir ki, Tramp bunu jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Hörmətli Suriya prezidenti ilə gözəl söhbətim oldu. Suriya və bu bölgə ilə bağlı hər şey çox yaxşı irəliləyir. Biz çox məmnunuq”, – ABŞ prezidenti qeyd edib.
