...

ABŞ dövlət katibi BMT TŞ-nin İranın bəyanatına cavab verməsinin zəruriliyini bəyan edib

Dünya xəbərləri Materials 14 Aprel 2006 11:38 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, ABŞ dövlət katibi Kondoliza Rays xatırladıb ki, BMT-nin Təhlükəsizlik Şurası MAQATE-dən fərqli olaraq İranı dünya ictimaiyyətinin iradəsinə tabe olmağa məcbur etmək imkanına malikdir.

"BMT TŞ VII Xartiyanın rəhbəri vasitəsilə təşkilata üzv ölkə tərəfindən beynəlxalq sistemin iradəsini zorla yerinə yetirilməsini təmin etmək imkanı var", - deyə K.Rays Kanadanın xarici işlər naziri Piter Makkeylə görüşdən sonra Dövlət Departamentində jurnalistlərə bildirib.

O, uranın zənginləşdirilməsi prosesinin başlanması ilə bağlı İranın bəyanatına TŞ-nin cavab verməsinin zəruriliyini bəyan edib.

"BMT TŞ təkrar toplaşdıqdan sonra bu aksiyasının hər hansı nəticəsi olmalıdır", -deyə K.Rays vurğulayıb.

"Mən əminəm ki, biz İranın TŞ-nin tələblərinə tabe olmaqdan başqa çıxış yolunun olmadığını dərk etməsinə zəmanət vermək üçün görülə biləcək tədbirləri nəzərdən keçirəcəyik", - deyə ABŞ dövlət katibi qeyd edib. Bu barədə "RİA Novosti" xəbər verir.

Xəbər lenti

Xəbər lenti