...

Qazaxıstanın İqtisadiyyat Nazirliyi 2006-cı ilə inflyasiyanın ən yuxarı həddinə dair proqnozu azaldıb

Dünya xəbərləri Materials 24 Aprel 2006 15:49 (UTC +04:00)

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin tənqidindən sonra yeni iqtisadiyyat və büdcə planlaşdırılması naziri Kərim Məsimov sələfi tərəfindən cari ilə olan iflyasiyanın ən yuxarı həddinə dair verilən proqnozunu azaldıb.

Trend agentliyinin məlumatına əsasən, keçmiş nazir Kayrat Kelimbetov aprelin ortalarında bildirmişdi ki, bu göstərici hökumət tərəfindən 7,3%-dən 7,6%-ə yüksəldilib.

Məsimov isə onu əvvəlki həddə çatdırıb.

"Orta illik inflyasiyanın həddini 2006-cı ildə 5,7-7,3%, 2007-ci ildə isə 5,0-7,0% arası saxlamaq planlaşdırılır" - deyə parlamentdə çıxış edən Məsimov qeyd edib.

Ötən həftə Nazarbayev hökumət və Milli Bankı istehlak qiymətlərinin artımına görə tənqid edərək, büdcə xərclərini azaltmağı və inflyasiya ilə mübarizə proqramını hazırlamağı tapşırmışdı. Bunun ardınca isə prezident iqtisadiyyat nazirini vəzifəsindən azad etmişdi.

Məsimovun dediklərinə görə, inflyasiya ilə mübarizə proqramı artıq hazırdır.

2005-ci ildə orta illik inflyasiya Qazaxıstanda 7,6% təşkil edib. Bu barədə "Röyter" agentliyi xəbər verir.

Xəbər lenti

Xəbər lenti