...

Aprelin 30-da Gürcüstan Silahlı Qüvvələri özünün 15 illiyini qeyd edəcək

Dünya xəbərləri Materials 29 Aprel 2006 13:58 (UTC +04:00)

Aprelin 30-da Gürcüstan Silahlı Qüvvələri özünün yaranmasının 15 illiyini qeyd edəcək. Müdafiə Nazirliyindən verilən məlumata görə, bu münasibətlə Senaki hərbi şəhərciyində (Qərbi Gürcüstan) təntənəli mərasimlərin keçirilməsi planlaşdırılır.

Mərasimdə hökumət və parlament üzvləri, NATO ölkələrinin hərbi attaşeləri, Gürcüstanda akkreditə olunmuş diplomatik korpusların nümayəndələri və jurnalistlərin iştirakı gözlənilir.

100-dən çox hərbi qulluqçunun təltif olunması planlaşdırılır.

Tədbirlər Proqramı konsertlə başa çatacaq. Bu barədə Praym-Nyus xəbər verir.

Xəbər lenti

Xəbər lenti