Mayın 4-8-də NATO Parlament Assambleyasının prezidenti Pyer Leluş və bu təşkilatın PA bürosu üzvləri Tiflisə rəsmi səfər edəcək.
Parlamentdən bildirilib ki, səfər zamanı Gürcüstan prezidenti Mixail Saakaşvili, baş nazir Zurab Noqaideli, parlament sədri Nino Burcanadze, müdafiə naziri İrakli Okruaşvili və parlamentin müxalifət fraksiyasının nümayəndələri ilə görüşlər keçiriləcək.
Trend in xəbər verdiyi kimi, nümayəndə heyəti Gürcüstan ərazisində münaqişə zonasına və Axalkalakidəki Rusiya hərbi bazasına baş çəkəcək. Bu barədə "Praym-nyus" xəbər verir.