...

Sergey Mironov: İran probleminin güc yolu ilə həlli mənfi nəticə verəcək

Dünya xəbərləri Materials 3 May 2006 17:35 (UTC +04:00)

Rusiya Federasiya Şurasının sədri Sergey Mironov hesab edir ki, İrana hərbi təzyiq göstərilməsi mənfi nəticələrə gətirib çıxara bilər. "İrana qarşı güc işlətməyə çağıranlar, yəgin ki, 11 sentyabr hadisələrini unudub" - deyə S.Mironov jurnalistlərə bildirib. O, vurğulayıb ki, İran sülh məqsədləri üçün Beynəlxalq Atom Energetikası Agentliyinin nəzarəti altında nüvə tədqiqatı aparmaq hüququna malikdir. "İranı bu istiqamətə yönəldəcək variantlar tapmaq lazımdır" - deyə o bildirib.

Trend agentliyinin məlumatına əsasən, S.Mironov deyib ki, dünya ictimaiyyətinin İranın bəzi şifahi bəyanatları ilə əlaqədar narahatlıq bildirməyə əsası var.

Lakin bu ölkəyə qarşı sanksiyaların tətbiqindən danışmaq hələ tezdir. ABŞ-ın sanksiyalarla bağlı Rusiya və Koreya Xalq Respublikasına ünvanlanmış çağırışlarını şərh edən S.Mironov BMT Təhlükəsizlik Şurasında Rusiya nümayəndə heyətinin bu məsələyə dair necə səs verəcəyini proqnozlaşdırmaqdan imtina edib. "Rusiya nümayəndə heyətinin rəhbəri bu məsələ ilə bağlı qərar qəbul edəcək. Mən bununla əlaqədar hər hansı bir proqnoz verməyi mümkün hesab etmirəm" - deyə S.Mironov qeyd edib. Bu barədə "RBK" xəbər verib.

Xəbər lenti

Xəbər lenti