...

Qazaxıstan parlamenti Senatının nümayəndə heyəti Parisə yola düşüb

Dünya xəbərləri Materials 3 May 2006 18:26 (UTC +04:00)

Qazaxıstan parlamenti Senatının nümayəndə heyəti "Qazaxıstan Respublikası - bu gün tərəfdaş, sabah nəhəng" adlı beynəlxalq kollokviumda iştirak etmək üçün Parisə yola düşüb. Nümayəndə heyətinə palatanın sədri Nurtay Abıkayev rəhbərlik edir. Bu kollokvium Fransa Senatının təşəbbüsü ilə keçirilir. Bu barədə Kazinforma Qazaxıstan parlamenti senatının mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə hökumət üzvləri, inkişaf institutları və milli şirkətlərin rəhbərləri daxildir. Səfər proqramında N.Abıkayevin Fransa Senatının rəhbəri Kristian Ponsele ilə görüşü nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti